Tanıram
Görünüş
Tanıram Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.171 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Gözәllәr söhbәtin salma araya,
Mәn gözәli binasınnan tanıram.
Әsli gözəl olan әslin itirmәz,
Atasınnan, anasınnan tanıram.
Yadlar kәmәndinә salmaz özünü,
Müddahiyə demәz dostun sözünü.
Bәdnәzәrdәn dalda tutar özünü,
Örpəyinnən, cunasınnan tanıram.
Mən Şahi-Mərdana meylim salmışam,
Pünhani dərsimi çoxdan almışam.
Alıyam, Bәstimi haxdan almışam,
Əllərinin xınasınnan tanıram.