Tanrı nurundan yaradıb

Vikimənbə saytından
Tanrı nurundan yaradıb
Müəllif: Aşıq Seyid İbrahim
Mənbə: Şəhla Musayeva (2020). Köhnə ustadla yeni tanışlıq (az). archive.org. Yoxlanılıb 2020-04-19.


Tanrı nurundan yaradıb,
Sallanıban gələn qızı.
Elə bil kövsərdən dadıb,
Mənə satır işvə-nazı.
 
Gözlərini süzüb gedir,
Bağrım başın üzüb gedir.
Ürəyimdə gəzib gedir,
Gərək qaldıram avazı.
 
Beli incə, gözü ala,
Uzaq olsun xəta-bəla.
İbrahim də çala-çala,
Dilləndirsin telli sazı.