Məzmuna keç

Tapar

Vikimənbə saytından
Tapar
Müəllif: Aşıq Alı
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Hərfi tənəlisə, kəlam nəqabil
Dərk edən qəlbinin yarasın tapar.
Kəlbi məlhəm eylər canda məzaca,
Lisanla zəxminin çarasın tapar.

Həmi təlx bil, həm şəkər bil lisanı,
Təlx ərz edən dildən mahal usanı.
Dindirə Fəzl əhli asi susanı,
Haqqınan-nahaqqın arasın tapar.

Ərzin səminəsə, susmağın zərdi,
Naməhal sorğunun sonu kədərdi.
Şəninə sitayiş hədər- hədərdi,
Cəhd edən qəlbinin qarasın tapar.

Zəban oldu sərbəstələr açarı,
Hifz eylədi iqbalından naçarı.
Qəmdən xilas etdi dərdə düçarı,
Sərraf süxən arar, darasın tapar.

Arif bilər kəlamından rastanı,
Ruh-nəvaz yarandı Alı dastanı.
Ara “Gülüstan”ı, dərk et “Büstan”ı,
Cəhilkar ruzinin parasın tapar.