Məzmuna keç

Tapmacalar (müxtəlif)

Vikimənbə saytından

Altı haça Üstü haça İki üzük İki qılça

(Qayçı)

Quşlardan yeyin uçar

(Təyyarə)

Salxım-salxım sallanar Çox qalanda ballanar Göyə nərdivan olsa Çıxar ordan sallanar

(Üzüm)

Gündüz şappıldar Gecə dayanar

(Başmaq)

Tut ağacı üzü pərdə Barmaq gəzər pərdə-pərdə Gah dərin gah zərində Ağlar ahu-zar dilində

(Zurna)

Yağış yağanda çimər yuyunar Yazda geyinər qışda soyunar

(Ağac)

Aşıq eldən yuxarı Şana teldən yuxarı Aşıq bir şey görübdür Dizi beldən yuxarı

(Çəyirtkə)

Qanadı var quş deyil Buynuzu var qoç deyil

(Kəpənək)