Məzmuna keç

Taprmışam könlümü mən, türreyi-cananda imiş

Vikimənbə saytından
Taprmışam könlümü mən, türreyi-cananda imiş
Müəllif: Əbdülxalıq Yusif

Taprmışam könlümü mən, türreyi-cananda imiş,
Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.

Nəzər et zülfü-ruxi-yarə ki, bir cənnətdir,
Laləvü sünbülü reyhan bu gülüstanda imiş.

Nitq şirinliyi ancaq o şəkər ləbdə əyan,
Kəbk rəfları tək ol sərvü xuramanda imiş.

Vədeyi-vəsl hara, söhbəti-hicran demə kim,
Ləzzəti sübhi-visalın şəbi hicranda imiş.

Yox imiş hiç tərəfdə sifəti-elmü kamal,
Ədəbü elmü kamal aləmi ürfanda imiş.

Gördüm ol mah liqa hüsıüni, fəhm etdim kim
Şövkətü şənü şərəf-cümləsı insanda imiş.

Surəyi-Yusifə get diqqət ilə eylə nəzər,
Yusifa, eşqü məhəbbət sözü Quranda imiş.