Məzmuna keç

Taptup piri

Vikimənbə saytından
Rəvayətlər. Taptup piri
Müəllif: Şifahi xalq ədəbiyyatı


Tup-tup piri var – mağara kimi bir yerdir. Daşdan damcı damır. Quraqlıq vaxtları aparıb Tup-tupda xoruz kəsirlər (heyvan kəsmək olmaz). Pirin suyundan gətirib zəmiyə səpirlər ki, yağış yağsın. Ancaq suyu gətirəndə gərək dönüb dala baxmayasan.

Mənbə

[redaktə]