Tarixi-Cədidi Qarabağ

Vikimənbə saytından
Tarixi-Cədidi Qarabağ
Müəllif: Mirzə Rəhim Fəna
Sister Projects. Həmçinin baxın: Haqqında • "Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. II kitab" (Bakı, Yazıçı, 1991)
Qarabağnamələr. III kitab. Bakı, "Şərq-Qərb", 2006,
MİRZƏ RƏHİM FƏNA

Mirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.

TARİXİ-CƏDİDİ QARABAĞ

Qarabağ əyaləti barəsində yazılmış tarixlər vəz və üslubi-tarixnigaranlıqdan xaric və vüqui-tabani-hadisələr müfəssəl şərh olunmayıb. Bəlkə əksər vəqaye eynən fəramuş olduğuna binaən və əlavə mən cəm etdiyim vaqei xəbərlər ilə və günagün idarələrdə gördüyüm əsnad ilə qeyri-mütabiq olduğuna görə mən belə təsəvvür etdim ki, tarixi-səhihi-Qarabağ hənuz nəzm olunmamış. Ona görə çox vaxtlar bu arzuda olmuşam ki, öz məlumatıma görə təzə "Tarixi-Qarabağ" yazam. Bu anəcən fərağət olmayıb, ancaq şimdi fürsət olduğuna tazə "Tarixi-Qarabağ" yazmağa cəsarət etdim.

QARABAĞ

Qarabağ əyaləti cüzvi-əzimi-Azərbaycani-qədim və Azərbaycan həm cüzvi-qədimi-məmləkəti-İran olubdur.
Qarabağ əhli öz vətəninin sorağını və adını ancaq Mirzə Camal və Mirzə Adıgözəl tarixləri ortaya çıxandan sonra cuya olmuşlar. Çünki Səfəvi övladının əsrindən sonra saheyi-Qarabağ bir ad ilə məşhur olmayıbdır.[1] O cəhətə məzkur tarixlərdən sabiq zikr edən olmayıbdır.
Fəqət min yüz altmışıncı (1160) səneyi-hicri Nadir şah Əfşarın qətlindən sonra onun hüzurunda olan qoşun sərdarları və əyan ləşkər pərakəndə olan zaman hazıri-hüzur olan şəxslərdən biri də Pənah xan Sarıcalı Cavanşir olubdur ki, həmə vaxt rikabda və mültəzimi-əmir-nizam var imiş. İnqilabi-vəzi-səltənəti nəzərə alıb, zəhməti-qürbətdən özünü xilas etmək qəsdilə vətənə müraciət edir. Onun vətənə müraciət etməyi və Qarabağ rəyasətini qəbul etməyi tarix üçün təzə bir məhəl açıb Qarabağı müzakirəyə saldı. Qarabağda xanlıq bina olmağına bais olubdur. O yerin iştiharına və bu ittifaq yada salıbdır. Qarabağın qədim şəhamətini Bərdədən başlamış, Mil səhrasında vaqe Aran qala şəhərini Araz nəhrin üstündə vaqe Əshabi-rəs şəhərlərini, Bayat-Beyləqan şəhərlərini, ələlxüsus şəhamətli Sultanbud təpəsini və sairləri hala bu arada zikr etdiyimiz təzə Qarabağ tarixini Pənah xan qurduğu xanlıq dairəsində və o zamana dair Həvadisat tərəfində yazmağa şüru edirik. Çünki əksər vəqayeyi-Qarabağ mərbutə dər İran və həmsayə məmalik Gürcüstan, Osmanlı, Rusiya məmləkətinə. Ona görə bu məmalikin adı və şamil olan vəqaye mərqum olacaqdır. Xatimeyi-tarixdə qədim Qarabağa müxtəsər işarə olunacaqdır.

HÜDUDİ-ƏYALƏTİ-QARABAĞ

Cənub tərəfdən mis mədənləri olan Qapan dağlarının imtidadilə bir yerdə sariyal ru be məşriq gedir Araz çayınadək. Oradan məcrayi-nəhri-Araz ilə bir yerdə şərqdən gedir ta haman suyun qərbdən şərqə dəryayi-Xəzərə tərəf cari Kür nəhrinin məcrasınadək ki, oradan hər iki nəhrin suyu bir yerə qarışıb axar dəryayə. Bu nöqtə Qalaqayın adlı qəsəbədir ki, sabiqi Mustafaxanlı pristavlığına daxildir. Oradan Kür nəhrinin məcrasilə sərhəd şərqdən qərbə qayıdıb Kür nəhrilə üz yuxarı gedir. Sabiqi poçta stansiyonu Türyan çay adlı yerədək ki, Duzdağ burnunda vaqedir. Sərhəd Goran mülkündən yuxarı Duzdağ burnu şimal tərəfdən ru becənub gedir Mirov dağının ətəyində vaqe Molla Vələdli mülkünədək. Oradan Qara Çinar mülklərinin əmlakını əhatə edib üz yuxarı cənubən haman dağın qarlı və buzlu sarıyalı-nadək ki, hər yerdən ucaraq nöqtədir və ucalıqda Böyük Qafqaz dağlarına özünü həmduş göstərəndir. Bu nöqtədən şərqdən qərbə tərəf hər yerdə sarıyal sərhəd gedir. Ayrım kəndinin başının üstünədək ki, o kənd vaqedir Tərtər çayının əvvəlinci şaxəsindən olan çeşmələrdən. Bu nöqtədə Mirovdan gələn uca dağlar silsiləsi iki şaxə olub, biri Gəncə uyezdinə tərəf və biri Rumbasır və Kəlbəcər adlı uca dağlar ilə ki, İrəvan quberniyası ilə Gəncə quberniyasının sərhədidir, məzkur dağlar şimaldan üzü cənuba tərəf Qarabağ sərhədidir.

Qeydlər[redaktə]

  1. Müəllif səhv edir. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyi mövcud olmuşdur.