Məzmuna keç

Tarizən bəzmi-sürur içrə elə şur elədi

Vikimənbə saytından
Tarizən bəzmi-sürur içrə elə şur elədi
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 112

<poem>Tarizən bəzmi-sürur içrə elə şur elədi, Nəğmeyi-şur ilə eşq əhlini məfkur elədi.

Tökdü ol zülfi siyahın günəş üzlüm üzünə, Sanki mah əbridə rüxsarını məstur elədi.

Çün bilib yığmadı arif kişi dünya malını, Murdar heyvan leşi cahilləri məğrur elədi.

Bəzmi-meyxanədə bir saqeyi-gülçöhrə məni, Bir qədəh badeyi-eşq içməyə məcbur elədi.

Dönmədi tutduğu yoldan, dedi edam eləyin, Belə pak eşqinin isbatını Mənsur elədi.