Taxıl bitkiləri

Vikimənbə saytından
Taxıl bitkiləri
Müəllif: Rəşid bəy Əfəndiyev


Çəltik deyir:
Taxılların başıyam,
Döyülməmiş naşıyam.
Pullunun plovuyam,
Kasıbların aşıyam.

Buğda deyir:
Mənə buğda deyərlər;
Çörək yapıb yeyərlər.
Hər gün məni yeməyi
Halvatək istəyərlər.

Darı deyir:
Darıyam xaşxaş kimi,
Buğdaya qardaş kimi,
Buğdasız, təkcə məndən
Çörək bişər daş kimi...