Tehrandan-Parisə

Vikimənbə saytından
Jump to navigation Jump to search
Tehrandan-Parisə
Müəllif: Cəfər Cabbarlı

Kaç yıl oldu, mən sənin babində növbət bəklədim,
Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.

Xələti şahiyi izzü iftixarimlə geyib,
Təxtini aldım əlindən şahi-İranım deyib.
Sanma zülm etdim sənə, mən tacını qəsb eyləyib
Bunca bil səndən, a zalım, mən məhəbbət bəklədim,
Sən inayət qılmadın, bihudə şərbət bəklədim.

Heç maraq etmə, acıqlanma, bu dünyadır behi;
Qalmaz əlbəttə mənə Tehran və Tabriz, Rəşt və Rey.
Görmə çox başımda dursa zibü zinətlə bu şey.
Mən sənin İrani-viranində türbət bəklədim,
Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.

Bir kəsə verməz aman, eyvah, bu çərxi-bivəfa,
Hurilərlə sarmaşıb sən bəxtiyar ol daima.
Mən də İran içrə geysəm çoxmu bir süslü əba
Çünki tacü təxt üçün çox oldu qürbət bəklədim,
Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.