Məzmuna keç

Telimxandan Bayat Cəfərə

Vikimənbə saytından
Telimxandan Bayat Cəfərə
Müəllif: Telimxan
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Məndən salam olsun Bayat Cəfərə,
Əwəl həqiqətdən xəbər istərəm.
O kimdi, əmr oldu bir bağ düzəltdi?
Kim ona səfər qıldı, istərəm.

Nə dəfderdir hərgiz övraq olunmaz?
O nə evdir heç qapısı bulunmaz?
O nə sazdır gündən günə çahnmaz?
Ne məkanda tutub qerar, isteram.

Kimlər idi cəbr əlindən getdilər?
Neçə müddət qar içində yatdılar?
Nə heyvandır bəs olara qatdılar?
Nə zamanda oldu bidar, istəram.

O kimlərdi laməkanə getdilər?
O kimdir ki, ona bələd qatdılar?
Nə mələkdir boynuna tövq atdılar?
Kimlər oldu onla fərar, istərəm.

Nə bədəndir nəfəsi yox, var dili?
O nə bağdır içində beş bülbülü?
O nədir çəhl sütunda üç gülü?
Telim kimlərdir didar, istəram.