Telinə (Aşıq Əsəd)

Vikimənbə saytından
Telinə
Müəllif: Aşıq Əsəd
Mənbə: Aşıq Əsəd Rzayev. Sazın-sözün Koroğlusu. Bakı, "Zərdabi LTD" MMC, 2010.

Səninlə mən görüşəndə,
Qolum doladım belinə.
Axıdanda göz yaşını,
Dözəmmədim mən selinə.

Məni axtar gül-çəməndə,
Salıbsan məni kəməndə.
Şəkər dodağın əməndə,
Qurban ollam mən dilinə.

Əsəd səni arayanda,
Qoymaz səni heç bir yanda,
İşvə telin darayanda,
Mail oldum mən telinə.