Tellərin (Aşıq Əsəd)

Vikimənbə saytından
Tellərin
Müəllif: Aşıq Əsəd
Mənbə: Aşıq Əsəd Rzayev. Sazın-sözün Koroğlusu. Bakı, "Zərdabi LTD" MMC, 2010.

Gözəl səndə nə qaydadır,
Salıbsan yana tellərin.
Görəni candan eyləyir,
Bir qoy pünhana tellərin.

Getmə dayan sən bir Allah,
Görən desin a maşallah.
Qiymət qoyan olmaz vallah,
Getsə hər yana tellərin.

Əsədəm oda yanıram,
Görcək candan usanıram,
Sərrafıyam mən tanıram,
Verməm İranə tellərin.