Tello

Vikimənbə saytından
Jump to navigation Jump to search
Tello
Müəllif: Şifahi xalq ədəbiyyatı


Araz üstə, buz üstə, Tello,
Kabab yanar köz üstə, Tello,
Qoy məni öldürsünlər, Tello,
Bir alagöz qız üstə, Tello.

Aman, Tello,
Tellocan, Tello,
Canım, Tello,
Tellocan, Tello,

Araz axar lil ilə, Tello,
Dəstə-dəstə gül ilə, Tello,
Mən yarımı sevirəm, Tello,
Şirin-şirin dil ilə, Tello.

Bağa girdim bar üçün, Tello,
Heyva üçün, nar üçün, Tello,
Əsirgəmə canını, Tello,
Bu vəfalı yar üçün, Tello.

Mənbə[redaktə]

  • El Çələngi. Bakı,2004, səh.93-94.