Məzmuna keç

Tiri-hicrin dəyəli sineyi-suzanımdan

Vikimənbə saytından
Tiri-hicrin dəyəli sineyi-suzanımdan
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 103

Tiri-hicrin dəyəli sineyi-suzanımdan,
Tutdu qəm, qüssə, kədər çaki-giribanımdan.

Munisim qəmdir, ənisim də kədərdir sənsiz,
Sən gedəndən bəri ayrılmadılar yanımdan.

Ah qılsam, yanar əflakdə göy cismiləri,
Ağlasam, sel dağılar dideyi-giryanımdan.

Canımın canıdı canan, ona min can qurban,
Mən əziz tutmamışam canımı cananımdan.

Hali-pəjmürdəmi zülmət gecələrdən xəbər al,
Ərşə fəryad ucalar külbeyi-əhzanımdan.

Ay cəmalın görüb imana yaxınlaşmışdım,
Küfr zülfün görüb ayrılmışam imanımdan.