Turan (Ziya Göyalp)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Turan (Ziya Göyalp) Müəllif: Ziya Göyalp |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
(“Qızıl alma” əsərindən)
Nəbzlərimdə vuran duyğular ki, tarixin
Birardərin səsidir, mən səhifələrdə deyil,
Güzidə, şanlı, nəcib irqimin uzaq və yaxın
Bütün zəfərlərini qəlbimin təninində,
Nəbzlərimdə oxur, anlar, eylərəm təbcil.
Səhifələrdə deyil, çünki Atilla, Çingiz
Zəfərlə irqimi tətvic edən bu nasiyələr
O tozlu çərçivələrdə, o iftira-amiz
Mühit içində görünməkdə kirli, sərməndə.
Fəqət şərəfli nümayan Sezar və İsgəndər!
Nəbzlərimdə, əvət, çünki elm üçün mübhəm
Xaqan Oğuz xanı qəlbim tanır tamamilə,
Damarlarımda yaşar şani-ehtişamiylə.
Oğuz xan! İşdə budur könlümə edən məlhəm:
Vətən nə Türkiyədir Türklərə nə Türkistan,
Vətən — böyük və müəbbəd bir ölkədir: Turan...