Tut ağacı boyunca

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Tut ağacı boyunca
Müəllif: Şifahi xalq ədəbiyyatı


Tut ağacı boyunca
Tut yemədim doyunca.
Yari xəlvətdə gördüm
Danışmadım doyunca.

Qızıl üzük laxladı,
Verdim anam saxladı.
Anama qurban olum
Məni tez adaxladı.

Gedirdim yavaş-yavaş,
Ayağıma dəydi daş.
Səndən mənə yar olmaz
Gəl olaq bacı-qardaş.