Tut ağacı piri
Görünüş
Rəvayətlər. Tut ağacı piri Müəllif: Şifahi xalq ədəbiyyatı |
Qarağaclıyla bizim kəndin arasında bir tut ağacı var. Niyyət eləyirsən,
niyyətin hasil olanda aparıb o ağacın altında ehsan verirsən.
Bir tut ağacı da kəndin ortasındadı. Başı ağrıyanı, ağzı əyiləni
gətirirlər, ağacın dibinə nəzir qoyurlar, deyirlər: “Ey pir, sən
kömək ol, filankəs qada-baladan qurtarsın!”
Niyyət eləyib, gecə bu ağacın altında qalanlar da olur.
Deyirlər, bu ağaca ilanlar da gəlir. İlanın boğazında sür-sümük
qalır, gəlir bu tutun dibinə. Ağac kömək olur, ilanın canı sürsümükdən
qurtarır.
Bir tut ağacı da var – köhnə qəbiristanlıqdadı. Mən gözümü açandan o ağacı orda görmüşəm. O ağaca Ələm ağacı deyirlər.