Tutsa afağı gər sərasər söz
Görünüş
Tutsa afağı gər sərasər söz (1939) Müəllif: Novruz Ağayev |
Tutsa Afağı gər sərasər söz,
Xətm olur başlayanda dilbər söz.
Qönçə ləli aqçılsa göftarə,
Aəlmi eyləyər müəttər söz.
Ləblərindən alıb əsər nə əcəb,
Etsə dünyanı gər müsəxxər söz.
Açılanda dəhanı misli-sədəf,
Saçar ətrafə dürrü gövhər söz.
Elə ziba sənəmdi mahvəşim
Yox bəyanında bir mükərrər söz.
Neyyira, müştəri Müniri olar,
Riştəyi-nəzmə çəksə Azər söz.