Tutuldu (Çorlu Məhəmməd)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Tutuldu Müəllif: Çorlu Məhəmməd |
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14. |
Yusif getdi, cavan getdi,
Ağlamaqdan göz tutuldu.
Mən bir sinli qoca kişi,
Dərdə-qəmə söz tutuldu.
Qəhərləndim, dözəmmədim,
Qara-ağı sezəmmədim,
El-obanı gəzəmmədim,
Kül içində köz tutuldu.
Məhəmməd ki əhli-dildi.
Betər dövran, betər ildi,
Donuzlar axışdı gəldi,
Dərə-təpə, düz tutuldu.