Tutulmuş könlümü cam ilə şadan əyləmək olmaz
Görünüş
Tutulmuş könlümü cam ilə şadan əyləmək olmaz Müəllif: Saib Təbrizi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Tutulmuş könlümü cam ilə şadan eyləmək olmaz,
Əl ilən püstənin ağzını xəndan eyləmək olmaz.
Nə sözdür bu ki, olsun sahibnəzər zühhad,
Qara torpağı hərgiz abi-heyvan eyləmək olmaz.
Bulut qılan kimi cövlan urar da ildırim tiği,
Könül pərdələrində eşqi pünhan eyləmək olmaz.
Qılınc gər içsə aləm qanının sirablıq bilməz,
Səni üşşaq qətlindən peşiman eyləmək olmaz.
Mənim göz yaşımı çıxgil fələklərdən tamaşa qıl,
Hübabi qəsrlər içində tufan eyləmək olmaz.
Məni-Məcnuni aqil eyləmək mümkün deyil, naseh,
Söz ilən müşgi-nabi, qan ki, bir qan eyləmək olmaz.
Xətadan keçdi ceyran qamnı müşk eylədi Saib,
Demə, üsyanı taət, küfri iman eyləmək olmaz.