Tuyuğlar/Qazi Bürhanəddin

Vikimənbə saytından
Tuyuğlar
Müəllif: Qazi Bürhanəddin
Tuyuğlar

Həmişə aşiq könli biryan bolur,
Hər nəfəs qərib gözi giryan bolur.
Sufilərün diləgi mehrab, nəmaz
Ər kişinün arzusı meydan bolur.


Bu dünya bir nəfs içün olmış yalax,
Dibi yaxındur anun degül irax.
Zülfüni tağıtma cəm eylə, bəgüm,
Yoxsa olur bu cəhan alax-bulax.


Məclisi kim xoş tutar ənbər, ənbər.
Könüli kim aparur dilbər, dilbər.
Dünya əhlinün başını kim çətər,
İşini toğru qılan sərvər, sərvər.


Bayramda gözəl qoçlar qurban bolur,
Aslanlar qayda bolsa, ğərran bolur.
Ərənlər cərgəsində söz söyləmək
Fil-məsəl, çün zirəvü Kirman bolur.


Keçdi keçən var isə, dövran budur,
Şimdi qopan canlara cəvlan budur.
Kimdə ki, var isə gəlsün ortaya,
Gizləmək pəs nə içün, meydan budur.


Eşq əri bu dünyadə dilriş imiş,
Rəncün içində bu gün dərviş imiş.
Geyməkü yeməkdən artux istəmək,
Ər kişinün canına təşviş imiş.


Yar oldur ki, yar ilə həmdərd ola,
Yarından yüz qaytaran yar sərd ola.
Yemək-içmək yaxşılıx günin görən,
Ər günində gər dönə, namərd ola.


Qışladan başladı dəprəndi oba,
Qöncə yenə könləgin qıldı əba.
Nilufər yatdı, başın taldı suya,
Neyləsün qəmmaz durur badi-səba.


Önümüzdə şəmələr yana durur,
Yigitlər qızıl süci qana durur.
Bu dəmi gəlün qənimət görəlüm,
Ki dünya, ey yarənlər, fəna durur.


Ər kişi ər aybından kor ola gər,
Dünyada adəmilər bolar bəşər.
Məhəgə tutmayınca kim nə bilə,
Safimidür, yaxu qatıxlumı zər?


Dünyada bir cana bənzər can gətür,
Kafir isən, dəxi gəl iman gətür.
Hələ bu dərdə düşibən yanaram,
Buldun isə, dərdümə dərman gətür.


Üsdündə dəvlət bu gün seyvan olsun,
Səadət yenə bizgə eyvan olsun.
Necə ki, bən sağamü qayğurmanuz,
Var canum yigitlərə qurban olsun.


Ərmidür sərbazü zərbaz olmayan,
Alaca ördəglərə baz olmayan?
Yemək, içmək, gülmək, oynamax haram,
Ər günində yara dəmsaz olmayan.