Uçun quşlar
Görünüş
Uçun quşlar Müəllif: Rza Tofiq Bölükbaşı |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Uçun quşlar, uçun doğduğum yerə!
İndi dağlannda mor sümbül vardır.
Ormanlar qoynunda bir sərin derə,
Tikanlar içində san gül vardır.
O çay ağır axar, yorğunmu bilməm
Mehtabı xəstəmi, solğunmu bilməm
Yash gəlin kimi məhzunmu bilməm
Uca dağ başında siyah tül vardır.
Orda keçdi mənim gözəl günlərim,
O dəmləri anır bu gün inlərim.
Dastani-ömrümü oxur, dinlerim,
İçimdə oralı bir büibül vardır.
Uçun quşlar, uçun, burda vəfa yox,
Oyle axar sular, oylə həva yox,
Fəryadıma qarşı əks-səda yox
Bu yanqın yerində soyuq kül vardır.
Hey Rza! Kəderin başından aşqın,
Bitib tükenməyir ələmin, eşqin...
Səndə dərya kimi daima daşqın
Daima çalxanan bir gönül vardır.