Məzmuna keç

Uğuz

Vikimənbə saytından
Uğuz
Müəllif: Şifahi xalq ədəbiyyatı


Çox əzazil, özündən deyən bir padşah varıymış. Bütün adamnar bının əlindən zağ-zağ əsirmişdər. Bir adamın hünəri nəyimiş ki, bınnan icazəsiz cınqırını çıxartsın. Ta işi o yerə çıxartmışdı ki, özünü Allah elan eləmişdi. Hamı da qorxudan onu Allah sayırdı. Amma bının uşağı olmurmuş. Bı da fikir eliyirmiş ki, bə ölənnən sora taxt-taca kim sahib olacax?

Bir gün bının yanına bir nurani qoca gəlir. Bına bir alma verip deyir ki, ala bını arvadınnan ye, bir oğlun olacax, amma gərəh oğlan nə desə, ona əməl eliyəsən.

Padşah razılaşır, almanı götürüp arvadıynan birgə yeyir. Bəli, vədə yetişir, padşahın bir kürəyipütün oğlu olur. Tez qurban kəsillər, sora camahata əhfalatı deyillər.

Uşağın qırxı çıxannan sora yığışıllar ki, ona ad qoysunnar. Elə bı vaxt uşax dil açıp deyir ki, bə mənim adım Uğuzdu. Hamı məhətdəl qalır. İsdəyillər uşağı danışdırsınlar, amma uşax daha danışmır. Bının adını Uğuz qoyullar.

Bir xeyləh vaxt keçir, Uğuz on beş yaşına çatır. Bir iyid olur ki, tayı-bərabəri tapılmır. Günnərin bir günü Uğuz camahatı başına yığıp deyir ki, bə mənim atam Allah dəyil, Allah göydədi, özü də heş kimin gözünə görsəmməz.

Padşah bını eşidir. Gəlir ki, oğlunu öldürsün. Bınnar müharibə eliyillər. Uğuz atasını öldürür, özü keçir atasının yerinə. Deyir ki, hamı gərəh göydəki Allahı tanısın. Bınnan sora insannar həqiqi Allahı tanıyıllar