Uğuzlar
Görünüş
Uğuzlar Müəllif: Şifahi xalq ədəbiyyatı |
Uğuzdar bizdən çox qavağ oluf. Uğuzun anası bizim kimi balacaboy adamları görsədif deef ki, oğul, dünyoyu bunnar yəəjəh. Uğuza deef ha!
Uğuz da deef:
– Ana, bunnarı mən çəhməmin boğazında əzdireyrim.
Deef:
– Oğul, dünyöyü bunnar yəələnəjəh, dünya bunnara qalajax.
Bax o dediyim daşdar, qəəlar uğuzdarın oluf. Bizim kimi adamlar onnarın yanında bir hörümçəh hesav olunuf. O qədər hündür, o qədər qüvvəli insannarıymış ki uğuzdar.