Uşaqlığım
Görünüş
Uşaqlığım Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27. |
Altı ya beş yaşında təxminən,
Tifli-məsumi, dilxərabi-həzin;
Gəziyor küçə içrə sərgərdan,
Bəni etməzmi dilkəbab qəmin?
Rişəsini tişeyi fələk kəsmiş,
Guya ki, bir nihali məzlumdur.
Acizəm vəsfinə qərib baxışın,
Arifanə, bu hal məlumdur!
Gediyor peşiman-peşiman.
Gəzir ətrafı çeşmi-xunbarı.
Görüyor nazü neməti əlvan,
Lərzə içrə o çeşmi-gülnarı
Onsız demək bu tifli-zəif,
Arayurmuş həqiqi valideyni;
Baxtı yar oldu, bəxtiyar oldu,
Pək sevər də şəfiqi-valideyni!
1909