Uşaqlar, ailənin varı-sərvəti
Uşaqlar, ailənin varı-sərvəti (1994) Müəllif: RAUF CAVAD |
Dünyamızın xoş sevincidir uşaqlar,
Təbəssümlə könüldən gülüb danışar!
Uşaqlar, düşüncənin gələcəkləri,
Mütəfəkkir fikrin Xəyal sahibləri.
Qurur xoş ümidlə insan gələcəyi,
Addımlayır uzun səfəri, istəyi.
Sevgi həyatın özəyi, sevən anlar!
Uşaqlar bağ-bağçamızın meyvələri,
Evimizin sevinci, bahar gülləri.
Oynayır min cür oynu, qurur Xəyalı,
Uşaqlar gələcəyimizin əhvalı.
Gəlin, bu gül ətri qoxulayaq ki, var!
Qoruyaq incitməyək saf körpələri,
Gör, kim verir bəşərə can, töhfələri.
Uşaqlar, ailənin varı-sərvəti,
Bu günün-sabahın, saf gözəl neməti.
Sahib çıxaq insanlığa, ey insanlar!
Qulaq asaq düz sözə, çünki qiymətli,
Uşaqlar ailənin öz mərifəti.
Rauf söylər, kimdir həyatın dəyəri,
Kamil insan olmaqdır, sözün zəfəri!
Həqiqəti qanan kəs, qələbə çalar!