Uca dağlar
Görünüş
Uca dağlar Müəllif: Hacı Kərim Sanılı |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Könlümün sevdiyi ey uca dağlar,
Ölməyib səfanı bir də sürəydim.
Göy üzü güzgü tək saf olan çağlar,
Çiçəyin tək ulduzları görəydim.
Gün çıxıb hər yana nur yayılanda,
Şeh salmış damcılar dürr sayılanda,
Bülbüllər çırpınıb, gül ayılanda
Gəzəydim üstündə, lalə dərəydim.
Gümüş tək parlayan şiş qayaların,
Dibindən qaynayan soyuq suların,
Gözündə əllərin yuyan qızlann
Dərdiyim gülləri yoluna sərəydim.
Qalxaydım bir də mən çənli bellərə,
Baxaydım doyunca yaşıl göllərə,
Günlüklü lilpara, çılpaq çöllərə,
Dərəydim, sonrakın zənbil hörəydim.
Dağlar toy eyləyib mağar salanda,
Çiçəklər oynayıb, quşlar çalanda,
Naxırlı, ilxılı el yığılanda
Boynuna salmağa qolum gərəydim.