Unudulmuş sevda
Unudulmuş sevda (1924) Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27. |
Soruyorsan: səni sevdaya salan
Nerdədir şimdi o qızlar gözəli?
Bən unutmuşdum o sevdayı inan,
Duyğusuz qolbi dövranın əli;
Bəni sarsıtdı, unutdum adını,
Bana gəl sorma o solğun qadını?!
Bəni pək gənc ikən ağlatdı zaman,
Çəkərək pərdə o xoş mənzərəyə.
Bənim ilk eşqimi ilk əldə haman,
Kümdülər, bilmədim əmma nerəyə!
Onu döndərdi xəzan yaprağına,
Nə deyim bən o yerin toprağına?!
Anlaşılmaz düşünüb, söylədiyim,
Nə durur qəlbim, o gündən, nə duyar!
Bən ki, hala yenə sərsəm kibi,
Yenə qəlbimdə o dərdin izi var!
Lənət ömrün bu ağır illərinə!
Qıydı bir şuxun ipək tellərinə!
Bir soran yoxmu o zalim fələyə,
Bu bənim gəncliyimin qatilinə;
Niyə qıydın sən o solğun mələyə?
Bu vurub yıxmağının qayəsinə?
Nə deyim, böylə bu mənasız işə?
Sonu yox, sıtmalı, sərsəm gedişə?!.
Əhməd Cavad. “Maarif və mədəniyyət", may, 1924, №5