Uyduq, əfsus ola, cahillərə, biganələrə

Vikimənbə saytından
Uyduq, əfsus ola, cahillərə, biganələrə
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 110

Uyduq, əfsus ola, cahillərə, biganələrə,
Biz fəda etdik həqiqətləri əfsanlərə.

Qafila, vəhm elə divanələrin pirindən,
Aqil ol, atma məzəmmət daşı divanələrə.

Mubəmu türreyi-tərrarını öpməkdən ötür,
Qoşulaydım kaş o zülfün dolanan şanələrə.

Elə bir hal ilə könlüm yanar hicran oduna,
Göstərər atəşə yanmaq nədi pərvanələrə.

O gün olsun ki, olaq bəzmi-vüsalında qonaq,
Saqi vəslin-şərabından süzə peymanələrə.

Əgər olmaq diləyirsənsə vəfa sərməsti,
Ehtiram etməlisən xadimi-meyxanələrə.

Öylə bərbad elədi hicr, Vüqar, könlün evin,
Bənzədi çərxin əliylə dağılan xanələrə.