Uzunçuluq xəstəliyi
Görünüş
Uzunçuluq xəstəliyi Müəllif: Şifahi xalq ədəbiyyatı |
İki nəfər həmyerli yad ölkələrə səfərə çıxmışdı. Onlardan biri
yolda bərk xəstələndi, yoldaşı da evinə qayıtmalı idi. Xəstə ona
bir məktub verdi ki, evinə çatdırsın və dilcavabı da xahiş etdi:
– Mənim ailəmə deyərsən: “Atanızın ağrıdan başı çatlayır. Dişi bərk sancır. Nəfəsi kəsilir. Qolları tutulub. Ayaqları şişib. Gözləri görmür. Dizləri əsir. Kürəyi ovulur. Sinəsi çatlayır. Dalağına soyuq dəyib. Beli sınır. Gözündən bir cür su axır. Ayaqları qıc olur. Dili tutulub. Ürəyi dayanıb”.
Onun yoldaşı bütün bunlara qulaq asıb dedi:
– Mənim çox danışmaqla aram yoxdur. Elə bircə kəlmə deyərəm: “Ölüb” vəssalam.