Uzunbulux
Görünüş
Rəvayətlər. Uzunbulux Müəllif: Şifahi xalq ədəbiyyatı |
Qarağaclı günbəzində Uzunbulux adlı bir adam yaşayırmış. O
qədər uzunuymuş ki, günbəzdən əlini uzadıb, çaydan su götürüb
içərmiş.
Bir gün Uzunbulux harasa gedibmiş. Bir kişi gəlib onun günbəzini uçurdur. Uzunbulux qayıdanda görüb günbəzi uçurdublar, qarğış töküb. Deyib: “Kim ki mənim evimi uçurdub, erkəyi yarımasın, dişisi qarımasan”.
Günbəzi uçurdan adamı Uzunbuluğun qarğışı tutub: oğlanları yarımayıb, qızları gəlib ölüb.