Vücudini bu könlüm can demişdir
Görünüş
Vücudini bu könlüm can demişdir Müəllif: Şah İsmayıl Xətai |
Vücudini bu könlüm can demişdir,
Ləbini ləl ilə mərcan demişdir.
Saçın rəngin şəbi-qədr oxuyanlar
Yüzün nurin məhi-taban demişdir.
Bu könlüm eşqini, ey qəmgüsarım,
Vücudim şəhrinə sultan demişdir.
İki gözüm yaşı hər dəm yüzimə
Birin Nilü birin Ümman demişdir.
Əyağın tozinə, ey nuri-rəhman,
Xətai canını qurban demişdir.