Məzmuna keç

Vəfasız xanım

Vikimənbə saytından
Vəfasız xanım
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
Eşqi, məhəbbəti unudan xanım,
Nə qəsd edib yara vurdun Əfqana.
Əzəl özün dedin, gətirdim pənah,
Sonra niyə kənar durdun Əfqana.

Siman hurilərin gülüş misalı,
Camalın bir anda dindirər lalı,
Ağlını başında görürəm xali,
Hüsnünləmi kələk qurdun Əfqana?

Səninlə mən ilqar qatmaram inan,
Xanə-xarablarda nə əhdi-peyman!
Eşşəyə yaraşar o qulan,quşqan
Baxan kimi tez qudurdun Əfqana.