Vəh nədir ol tairi-fərxəndəbalü tiz pər

Vikimənbə saytından
Vəh nədir ol tairi-fərxəndəbalü tiz pər
Müəllif: Məhəmməd Füzuli
qəsidə


Vəh nədir ol tairi-fərxəndəbalü tiz pər
Kim, olur bir türfə ayin ilə hər dəm cilvəgər?

Ağzı açıq, çıxmaz avazı, ayağı yox, yürür,
Can iləndir seyri, amma demək olmaz canəvər.

Bir dəmirdən daşlu divar ilə müstəhkəm həsar,
Bir əsasi-qir ilən qaim, binayi-mötəbər.

Yengi aydır heyəti, amma yeni aylar kimi
Bədr olmaz, necə kim, göy üzrə sərgərdan gəzər.

Adəti uçmaqdır, amma quşların əksi müdam,
Uça bilməz müttəsil balü pəri olmasa tər.

Gəh Zəkərya kimi çəkmiş çox cəfalər bıçqıdan,
Gəh büti-Azər kimi olmuş giriftari-təbər.

Boynu bağlı bir qara quldur həvasi qaçmağa,
Bulduğun alıb qaçar, saxlamasan şamü səhər.

Bir mübəssirdir ki, daim dideyi-heyrət açıb,
Asiman təhqiqi-əhvalinə salmışdır nəzər.

Sayılır pəhlulərinin üstüxani zəfdən,
Böylə zəf ilən ağır yüklər çəkər, eylər hünər.

Yerdə gəzməz vəhş tək, amma yürür ondan rəvan,
Göydə uçmaz teyr tək, amma uçar ondan bətər.

Gər bükülmüşdür qədi, eyb eyləmən, bir pirdir,
Nuh dövründən verər bir-bir, sual etsən, xəbər.

Baş açıb yağmurlara, suya batırmış kisvətin,
Yaş uşaqdır, lövhi sadə, hiç bilməz xeyrü şər.

Canı yox, lakin rizayi-xəlq hasil qılmağa
Gəh aşağə, gəh yuxaru yügürüb canlar çəkər.

Divə bənzər, gəzdirər başda Süleyman təxtini,
Yoxsa kandır, saxlanır köksündə qiymətli gühər?

Yoxsa zövrəqdir, onu qılmış mürəttəb seyr üçün
Veys bəy həzrətləri, ol şəhriyari-namivər!..

Ey bəqayi-izzü cahin mucibi-təmkini-mülk,
Vey sənayi-lütvü qəhrin mənşəi-nəfü zərər.

Xaki-payindən əgər bir zərrə tapsaydı sədəf,
Bəsləməzdi irtifai-qədr üçün mütləq gühər.

Eylə əmniyyətdir əyyamında kim, münimlərin,
İşrət israfından özgə malına yoxdur xətər.

Tişeyi-bənnayə derdi ərreyi-nəccar dün
Zülmümüzdən həm həcər asudə oldu, həm şəcər.

Eylə kim ədlün zərər rəsmin götürdü mülkdən,
Ehtiyat üçün gərəkməz kimsəyə divarü dər.

Düşmənin məğlub olub daim zəfər bilməz nədir,
Sən qaçan kim əfv qılsan, ol sanur onu zəfər.

Yol aparsaydı sənin ehsanına bir zərrəcə
Afitabın minnətin çəkməzdi nur üçün qəmər.

Zövq üçün şövqün tapıb sərməst olan ariflərə
Hacət olmaz cami-mey içmək, sənin şövqün yetər.

Şami-bəzmin eylə rövşəndir ki, hər kim şəm tək
Tapsa onun zövqünü, qılmaz təmənnayi-səhər.

Vəsfi-zatin həddən əfzundur, şəha, məzur tut
Kim, qılır ibram xovfindən Füzuli müxtəsər.

Var ümidim, ta bu dərya üzrə kəştiyi-hilal
Gah gəşti-xavər eylər, gah seyri-baxtər.

Baxtərdən xavərə olsun səlayi-sovlətin,
Şöhrətindən olmasın xali fəzaya-bəhrü bər.

Qönçə bağrı dəhr bidadilə əvvəl qan olur,
Sonra yüz lütf ilə könlü açılır, xəndan olur.

Qətreyi-baran ki, bir müddət sədəf həbsin çəkər,
Yox ikən qədri, tapıb qiymət düri-qəltan olur.

Danə topraq içrə şiddət çəkdiyiçün neçə gün
Baş çəkib xərmənlənir, arayişi-bustan olur.

Qəhrdən ikrah edənlər lütfə olmaz müstəhəq,
Müstəiddi-dərd olanlar qabili-dərman olur.

Möhnətə səbr eyləyən rahət tapar, çün Yusifə,
Səltənət təxtinin əvvəl payəsi zindan olur.

Gər riza olsa qəzayə müşkül olmaz hiç hal,
Arifə, səbr ilə, hər müşkül ki var, asan olur.

Feldir əsli-rizayi-həq nə kim, əslü nəsəb,
Xaki-fərmanbər bəşər, asi mələk şeytan olur.

Sayiri-məxluqdən bir kimsə olsa pakdil,
Əhli-beytin firqəsindən sayılır, Səlman olur.

Xah seyyid, xah ami kam tapmaz biədəb,
Feli müstəhsən olan, müstövcibi-ehsan olur.

Yüz məşəqqət çəksə, kami-dil tapar əncami-kar,
Hər kimin aləmdə mövlası Şəhi-mərdan olur.

Tirə olmaz raströv gər çəksə bəndi-ahənin,
Raströv tirü xədəngin ziyvəri peykan olur.

Tabei-fərman edər hökmünə cümlə aləmi,
Mürtəza hökminə hər kim tabei-fərman olur.

Ol şəhənşəh kim, əgər bir murə qılsa iltifat.
Mur hökm eylər, Cüleyman üstünə syltan olur.

Ol imami-dinü dünya kim, onun düşmənliyi,
Müşrikin dininə vü dünyasına nöqsan olur.

Daş olur aslan, əgər qəhr ilə qılsa bir nəzər,
Hökm qılsa, düşmənin qəsdinə daş aslan olur.

Zərreyi mehri-rüxündən tapsa pərtöv asiman,
Asiman üzrə tamam əncüm məhi-taban olur.

Feyzi-lütf ilə əgər insanı etsə tərbiyət,
Qədr ilə insan mələk nisbət əzimüşşan olur.

Vər mələk həm tapsa eyni-iltifatından nəzər,
Əqli-kamil kəsb edib, əlbəttə, bir insan olur.

Lütfü qəhrindən tapar müqbil əta, müdbir cəza,
Qətü fəsli-həşr üçün ol ləhzə kim, divan olur.

Kövsəri-cənnət onun Hökmündədir ol vəch ilə,
Cümlə nəslindən həmin Adəm ona mehman olur.

Nuh onun sənduqinə kəşti tək aparmış pənah,
Ehtiyat eylər ki, nagəh bir dəxi tufan olur.

Gərçi İsmailə qurban göydən enmiş qədr içün,
Həq bilir, qədr içün İsmail ona qurban olur.

Möcizi bir gülşəni-pakizədir kim istəsə,
Əndəlib ol gülşənə Davudi-xoşəlhan olur.

Hər kim ixlas ilə xaki-mərqədindən zərreyi
Alsa, onunla təbabət eyləsə, Loğman olur.

Dusti gər məsiyət qılsa olur ğüfranpəzir,
Düşməni min taət etsə, mucibi-üsyan olur.

Cayeyi-lütfü kərəm gər salsa xaki-tirəyə,
Cirmi-xaki-tirə rəşki-rövzeyi-rizvan olur.

Əql kim qəvvasi-dəryayi-kəmali-elmdir,
Cövhəri-zatın təsəvvür eyləsə, heyran olur.

Fəhm kim, səyyahi-iqlimi-diyari-dərkdir,
Vadiyi-idrakini seyr etsə, sərgərdan olur.

Dövri onun ali əshabindən almaz ruzigar,
Dövr onundur, devrilən hər necə kim, dövran olur.

Qəsri-vəsfinin binasın qılsa memari-xirəd,
İzzü cahü dövlətü iqbal dörd ərkan olur.

Ol sipehri-dövlətü iqbaldən yüz döndərər,
Dövlətü iqbal hər kimdən ki, rugərdan olur.

Var ümidim feyzi-dövlətdən, Füzuli, kim, müdam,
Ta dilimdə qüvvəti-nitqü tənimdə can olur.

Dəm uram övsafi-övladi-Əlidən necə kim,
Madihi-ali-Əli müstövcibi-ğüfran olur.