Vəhhabi əqidəsinə əqli bir baxış (tərc.: Maqsud Sayıl, 2006)/Ön söz
←Vəhhabi əqidəsinə əqli bir baxış | Vəhhabi əqidəsinə əqli bir baxış Ön söz (2006) Müəllif: Mustafa Dadaşzadə |
Birinci cild→ |
Mənbə: [1] |
Əqidə elmə əsaslanır. Onun elmi əsasları insan beyninə yer etdikdə, о da reallaşır. Əks təqdirdə, onu məcburi şəkildə qəbul etdirmək olmaz. İnsan düşüncəsi faktlara, arqumentlərə əsaslanır. Belə olmadıqda nə insan özü, nə də başqaları ona bu və ya digər əqidəni məcburi şəkildə qəbul etdirə bilməz. Bir çox hallarda özünü Peyğəmbər (s) yoluna sadiq bilən və özlərindən başqa heç kəsi bu yolda görməyənlər, istər-istəməz İslamın qılınc gücünə yayıldığını aşılayırlar. Belələri öz yanlış məfkurə və əqidələrini haqq sandıqları üçün, onu qəbul etdirmək yolunda güc məntiqinə əsaslanır və istədiklərini edirlər.[1]
Bu fikirdə olanlar İslam tarixinə azacıq nəzər salsalar, onun daim elmi əsaslarla inkişaf etdiyinin şahidi olarlar. Çünki Peyğəmbər (s) və ona iman gətirənlər Məkkədə yaşadıqları on üç il ərzində böyük işgəncələrə dözməli oldular. Bu on üç il boyunca Məkkə əhalisinin (və ətraf kəndlərdə məskunlaşanların) bir qismi və Həcc mərasimi zamanı Mədinədən gələn bəziləri İslamı düzgün təbliğ nəticəsində qəbul etdilər.[2]
Qur’an əqidə azadlığına böyük dəyər verir. Belə ki, Qur’anda təqribən 300-dən çox ayədə bu haqda söhbət açılmışdır. Allah-təala Qur’anı insanların düşünməsi üçün göndərdiyini bildirir:
إِنَّا أَنزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ﴾ ﴿
"Həqiqətən, biz onu ərəbcə bir Qur’an olaraq nazil etdik ki, anlayasınız (düşünəsiniz)".[3]
كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِّيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُوْلُوا الْأَلْبَابِ﴾ ﴿
"(Ya Peyğəmbər! Bu Qur’an, insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri (ondan) ibrət alsınlar deyə sənə nazil etdiyimiz mübarək (хеyir-bərəkətli) bir kitabdır".[4]
Digər bir ayədə düşünməyənləri məzəmmət edərək buyurur:
أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَى قُلُوبٍ أَقْفَالُهَا﴾ ﴿ "Onlar Qur’an barəsində düşünməzlərmi? Yоxsa ürəklərinə qıfıl vurulmuşdur?"
İslamın bu məsələyə verdiyi dəyər о həddə çatmışdır ki, Qur’an insanları azadlıq simvolu olan Kəbəyə doğru namaz qılmağa və digər bir çox dini ayinləri ona tərəf həyata keçirməyə səsləyir. Bəli, bu simvol Kəbədir. Hansı ki, Allah onu "Beytül-ətiq" adlandırır. Kəbə, böyük dəyərə, tarixi keçmişə malik, hər hansı bir şəxsin, qrup və ya hakimiyyətin malikiyyəti хaricində, yağıların təcavüzündən amanda qalmış və qalacaq bir tikili kimi təqdim olunmuşdur:
وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ ﴾ ﴿
"Və qədim evi (Kəbəni) təvaf etsinlər!"[5]
ثُمَّ مَحِلُّهَا إِلَى الْبَيْتِ الْعَتِيقِ﴾ ﴿
"Sonra onların gətirilib kəsiləcәyi yer qədim ev (Kəbə) istiqamətindədir".[6]
Bir çoxları Kəbənin belə adlandırılmasını onun malik olduğu zəngin tarixi keçmişi ilə əlaqələndirirlər. İmam Baqir (ә) isə bu haqda buyurur:
"لأنَّهُ بَيْتٌ حُرٌّ عَتيقٌ مِنَ النَّاسِ وَ لَمْ يَمْلِكْهُ أحَدٌ"
" Kəbə, heç bir zaman, heç bir şəxsə məxsus olmayan, tam azad ev olmuşdur".[7]
İnsanın bir çox əməlləri bu simvolla bilavasitə əlaqədədir. Namaz kimi bir çox böyük ibadətlər üzü qibləyə qılınmalıdır. Qur’anın tilavəti kimi bəzi başqa əməllərin də о "azad ev"ә doğru həyata keçirilməsi daha məqsədəuyğundur. Buna qarşılıq olaraq, bəzi əməllərin də ona qarşı olması haram hesab olunur. Deməli, insan həyatı boyunca bu evlə əlaqədədir. Hətta ömrünün son anlarında belə üzü bu evə doğru çevrilməlidir. Kəbəyə olunan bu diqqət insanın daim öz azad həyatını qoruması deməkdir. О, bu azadlığını heç bir puç əqidəyə qurban verməməlidir:
فَبَشِّرْ عِبَادِ الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ﴾ ﴿
"(Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə ver! О kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar".[8]
Bu gün azadlıq simvolu ətrafında əqidədən söhbət etmək olarmı? Hamılıqla fikir mübadiləsi aparmaq üçün bir yer varmı? Uzaqdan-yаxından gələnlər hamısı bir yerə toplaşaraq, elmi və əməli (nəzəri və praktiki) məsələlərdən, siyasi-ictimai problemlərdən danışa bilərlərmi? Bu sualların cavabı bütünlüklə mənfidir. Çünki Vəhhabi təliminin özülü islam firqələrini kafir kimi qələmə vermək, islam təlimlərini sərt, insani dəyərlərə zidd şəkildə göstərmək,[9] dini kortəbii müdafiə və Peyğəmbər (s) irsini məhv etməkdir. Belə bir məzhəb əqidə azadlığı ilə barışa bilərmi? Yаxud azad düşünə bilərmi? Hicazda yalnız "şirk ittihamı"nı hədiyyə almaq olar. Maraqlı burasıdır ki, bu qrup "Əhli-sünnə" adını öz üzərinə götürərək, onu şəxsiləşdirmiş, nəinki Şiə və Mötəzilə məzhəblərinə, hətta (əqidə baxımından onlara daha yаxın olan) Əşairə məzhəbinə belə heç bir vəchlə "Əhli-sünnə" deməyə hazır deyillər. Bir halda ki, adları çəkilən bu məzhəblər hər biri Peyğəmbər (s) sünnəsinə böyük ehtiramla yanaşır və onu Qur’andan sonra dinin ikinci qaynağı hesab edirlər. Onların fikrincə, İslam dünyasının yeganə problemi yalnız "Şiə" məzhəbidir. Onu məhv etmək üçün bütün zalım və hegemonlara, hətta İsrailə belə dostcasına əl verməyə hazırdırlar. Neftin pulu sayəsində alimlərə, "Əhli-beyt"ә (ә) söyüş və nalayiq sözlər dolu, "Şiə" əleyhinə minlərlə yüksək tirajlı kitablar nəşr edilməkdədir.
مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَاراً فَلَمَّا أَضَاءتْ مَا حَوْلَه ذَهَبَ اللّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لاَّ يُبْصِرُونَ﴾ ﴿
"Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər".
Allah evi Kəbənin inşa edilməsində məqsəd şirksiz, heç bir qatqısı olmayan tövhidə nail olmaqdır. Хalis tövhidə nail olmağın yolu hər növ şirkə, allahsızlığa qarşı çıxmaq, müşriklərə, allahsızlara nifrət bəsləmək və bu nifrəti büruzə verməkdir. Bu, yalnız hamılıqla onlara qarşı çıxmaqla mümkündür. Bunun üçün ən münasib yer Allah evi Kəbədir. Orada səsimizi ucaldıb bütün dünyaya İslamın gücünü, qüdrətini nümayiş etdirə bilərik. Məhz orada "Rədd olsun İsrail!" şüarını verib, onun hamisi cinayətkar Amerikaya olan nifrətimizi nümayiş etdirə bilərik. Sonda Əbu Əyyub Ənsarinin Mərvan ibn Həkəmə dediklərini хatırlamaq yerinə düşərdi. Nəql olunduğuna görə, Davud ibn Saleh deyir: Bir gün Mərvan ibn Həkəm üzünü Peyğəmbərin (s) qəbrinə qoymuş bir kişini (Əbu Əyyub Ənsarini) gördü və dedi: "Nə etdiyini bilirsənmi?" Əbu Əyyub Ənsari üzünü Mərvana tutaraq dedi: "Bəli, mən Peyğəmbərin (s) yanına gəlmişəm, daşın yох". Peyğəmbərdən (s) eşitmişəm ki:
لا تَبْكوُا على الدين إذا وَليه أهْلَه َو لكِن ابكوا عليه إذا وليه غَيْرُ أهْلِهِ
"Dinə başçılıq edən din əhli olarsa, din üçün ağlamayın, lakin din əhli olamazsa, о zaman din üçün ağlayın".[10]
Əbu Əyyub Ənsarinin sözlərində yalnız düşünməklə anlaşılan çox incə bir məna yatmışdır.
Qarşınızdakı əsər, görkəmli tədqiqatçı Şeyx Nəcməddin Təbəsinin qələmə aldığı "Rəvafidül-iman ila əqaidil-İslam" kitabının tərcüməsidir. Bu kitab öncə "əl-Vəhhabiyyə, dəavi, rüdud" adı altında çap olunmuş, sonralar isə müəllif tərəfindən əlavələr olunaraq, "Rəvafidül-iman ila əqaidil-İslam" adı ilə nəşr edilmişdir. Ümidvaram ki, bu əsər Allahın razılığını cəlb edəcәkdir. Çünki о, aza qarşı çox əta edən və ərhəmər-rahimindir.
Mustafa Dadaşzadə
İstinadlar
[redaktə]- ↑ Әtraflı məlumat üçün bax: "Kəşfül-irtiyab fi ətbai-Məhəmməd ibn Əbdül-Vəhhab".
- ↑ Bах: əl-Mizan , c. 2, səh. 89.
- ↑ Yusif, 2.
- ↑ Sad, 29
- ↑ Həcc, 29.
- ↑ Həcc, 33.
- ↑ Biharul-ənvar, c. 99, səh. 58.
- ↑ Zumər, 17–18.
- ↑ Bu məzhəbin kökündə dayanan sərt (kobud) və qeyri-insani davranışları onların Əfqanıstan və Pakistanda törətdikləri terror aktlarinda müşahidə etmək olar.
- ↑ Әl-Qədir, c. 5, səh. 148; Müstədrəkü-Hakim, 560/4; Zəhəbi "Təlxis" əsərində bu hədisi "səhih" hesab etmişdir.