Məzmuna keç

Vəsli-canan diləyən kəs diləyən kəs eləməz can fikrin

Vikimənbə saytından
Vəsli-canan diləyən kəs diləyən kəs eləməz can fikrin
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 109

Vəsli-canan diləyən kəs diləyən kəs eləməz can fikrin,
Kim tutar canı əziz, çəkməz o, canan fikrin.

Saliki-rahi-vəfa tutduğu yoldan dönməz,
Nə ölüm qorxusu çəkməz, nə də zindan fikrin.

Bizi ay-hay salar öz fitnəsinin pəncəsinə,
Babamız Adəmin azdırdısa şeytan fikrin.

Zahidin çəkdiyi qəlyan, qara kişmiş yediyi,
Aşiqi-zar yeyər qəm, çəkər hicran fikrin.

Ey könül, mur qədər yoxdu vəfa dünyadə,
Özünə eyləmə yük, mülki-Süleyman fikrin.

Qəti surətdə qərar ver, yüzün ölçüb bir biç,
Gərək hər dəqiqə dəyişdirməsin insan fikrin.

Sənə qurban özüm ollam, qədəmin qurbanı,
Eydi-əzhadə, gülüm, eyləmə qurban fikrin.

Qorxma, adətdi, Vüqar, kim düşə qorxan gözə çöp,
Xatirin cəm elə, çəl zülfi-pərişan fikrin.