Vətən!
Görünüş
Vətən (16.01.2021) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Sən Vətənsən, sən dədəmsən, sən elimsən sən mənim!
Reyhanımsan, sünbülümsən, tər gülümsən sən mənim!
Harda olsam, sən məni maqnit kimi çəkməkdəsən –
Qarşıda parlaq mayaksan, qəndilimsən sən mənim!
Torpağından, saf suyundan, pak havandan doğmuşam,
Axırım həm səndədir, həm əvvəlimsən sən mənim!
İlk dəfə göz açdığımda hüsnünü sevdim, görüb,
Səndən aldım nitqimi, həm bal dilimsən sən mənim!
Bir çağa qəlbindəki ilk sevgilim annəm olub,
Annəmin də annəsi – ilk sevgilimsən sən mənim!
Yormayıb yollar səni, düşmənlərin qorxutmayıb –
Dolmusan artıq kamala, kamilimsən sən mənim!
Sən Vətən, Teymur – Vətən, biz panvətən olduq həmən –
Zahirimsən, batinimsən, daxilimsən sən mənim!