Məzmuna keç

Vətən (Mirzə Əli Möcüz)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Vətən (Mirzə Əli Möcüz)
Müəllif: Mirzə Əli Möcüz
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Neçin ah eylədin, ey bülbüli-nalani-vətən,
Yaduva düşdü məgər hali-pərişani-vətən?
Xəsü xaşak basib gülşəni, güllər saralıb,
Niyə bu halə qalıb bəs bu gülüstani-vətən?
Nə yatıbsan, ayıl, ey milləti-biçarə, ayıl!
Satır axır vətəni düşmənə əyani-vətən.
Dərü divanm qan eyləyib əlvan, ey dad!
Nə qəməngizdi, ya rəb, bu şəbustani-vətən!
Balişi-tazə qoyub başını naz eyləmə, dur,
Sürünü qurd dağıdar yuxlasa çobani-vətən!
Əcnəbi mülkü dolub bisərü pa millətlə,
Niyə, ya rəb, bele xar oldu əzizani-vətən?
Düşmən elm ilə bizi eylədi həmmal özünə,
Kim zəlil etdi bizi? - Cəhl! A müsəlmani-vətən!
Vətəniz cismidi, siz də vətənə can kimisiz,
Razı olmun qala cansız vətən, ey cani-vətən!
Verəlim əl-ələ, təhsilü kəmal eyləyəlim,
Xabi-qəfletdən ayılsın gərək əxvani-vətən!
Olmayıb şad, üzü bir gülməyib əfsus, əfsus!
O zamandan ki, olub Möcüzə İran vətən!