Məzmuna keç

Vətən məğrur, mən məğrur!

Vikimənbə saytından
Vətən məğrur, mən məğrur! (08.11.2020)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]
Ölürsəm, görməsəm millətdə ümmid etdiyim feyzi,

Yazılsın səngi-qəbrimdə: “Vətən məhzun, mən məhzun...”

Namiq Kamal

ALİ BAŞ KOMANDANIN düşmənin başına enən dəmir yumruğu bizim başımızı göylərə ucaltdı! T.K.


Yazılsın indi qəlbimdə:

“Vətən məğrur, mən məğrur!”

Bu RƏHBƏR var deyin, kimdə? –

Vətən məğrur, mən məğrur!


Vətən düşmüşdü bir dərdə,

buna dözməzdi SƏRKƏRDƏ!

Şüardır hər bir əsgərdə:

“Vətən məğrur, mən məğrur!”


Dedi QARDAŞ: “Qılıncın çal!

Sənindir çünki istiqlal!”

İgidlər coşdular dərhal –

Vətən məğrur! Mən məğrur!


KOMANDAN ALİDİR, BAŞDIR,

dəmirtək yumruğu daşdır!

Vurub yıx, düşməni çaşdır!

Vətən məğrur, mən məğrur!


Vətən torpağı həsrətdə,

otuz il qaldı zillətdə...

XİLASKAR gəldi, əlbəttə!

Vətən məğrur, mən məğrur!


Bulaqlar Səlsəbil olsun,

şəhidlər cənnətə dolsun!

Yağı artıq rəzil olsun!

Vətən məğrur, mən məğrur!


Bu müjdə çox şirin-şəkkər,

bütün Türk elləri gözlər!

Bizə İLHAM verir RƏHBƏR!

Vətən məğrur, mən məğrur!


Çəkilsin zülmətə satqın!

Bükülməz heç qolu haqqın!

Qoç əsgər, sərhədə çatdın!

Vətən məğrur, mən məğrur!


Döyüşdə mərd igidlərdir,

dilində “Yurdum!” əzbərdir!

Bu gün Teymur da əsgərdir!

Vətən məğrur, mən məğrur!