Məzmuna keç

Valeh

Vikimənbə saytından
Valeh
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Ləbinə nazlı yarın badeyi-gülfam dedim,

Tündü təlx oldu ki, “Hay, məstü cünun olma” - dedi.

“Ləzzəti şəhdü şəkər tək, ləbi xəndandır bu,

Qiyməti gəncü göhər, lə’li-Bədəxşandır bu.”


Üzünə nazlı yarın şəm’i-şəbistan dedim,

“Gədə, pərvanə kimi özün oda salma" - dedi.

“Necə qıydın bu belə mahtaban rüxsara,

Aləmə şölə salan mehri-cahan rüxsara?”


Qəddinə nazlı yarın ər-ərü şümşad dedim,

Yenə tünd oldu mənə, “dəxi bizə gəlmə”- dedi.

“Gözlərin var, bu belə, şivəvü rəftarıma bax,

Geymişəm alü yaşıl, libasi-zərtarımabax.”


Ağzına nazlı yarın höqqə dedim, təng oldu,

Valehə təng tutub “dəxi belə dinmə” - dedi.

“Bu ki bir nöqtədürür qeybi, sənə yox səməri,

Həq bilir qeybi ki, heç kimsənin olmaz xəbəri.”


“Höqqə bir şişədi dünyadə, düşər əldən-ələ,

Belə pünhan sözü sən aşikara salma”-dedi.