Valehin Kərbəlayi Abdullaya cavabı
Görünüş
| Valehin Kərbəlayi Abdullaya cavabı Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov,Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Ey bic, sənin Canıdan özgə pədərin var?
Öndan sədəfi-sinədə pünhan gühərin var?
İncimədi heç acı sözündən dili-şirin,
Çün nəxli-xuram tuşəsən, acı samərin var.
Atam deyibən, Canıya qəmxar olursan,
Ondan, a xətadidə, sənin nə xəbərin var?
Bir mən kimi şair kişinin nütfəsi sənsən,
Bu şerü fəsahətdə ki, muncan hünərin var.
Ağzına yaraşmaz Canının sən kimi oğlan,
Bir sən kimi oğlan, kükü oğlu, Qəzərin var.