Vaqif bu qəzəli Vidadinin xahişi ilə yazıb
Görünüş
Düşərmi? Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Salmaq nəzərindən məni cananə düşərmi?
Tərk eyləmək öz qulunu sultanə düşərmi?
Kakil nə rəvadır ki, könüldən edə qeybət,
Şanə gileyi-zülfi-pərişanə düşərmi?
Qəmzən, ləbini dişləməmiş, qanımı tökdü,
Qan eyləməyən kimsənə heç qanə düşərmi?
Dil çahi-zənəxdanə düşüb zülfün ucundan,
Əlbəttə, xətasız kişi zindanə düşərmi?
Ol sərvi-xuramanə ki, gəzmək olub adət,
Bir yol yolu gör kim, bizim eyvanə düşərmi?
Olmasa əgər Vaqifə bir sədri-səmənbar.
Top eyləyibən başını meydanə düşərmi?