Vaqifin müxəmməsi
Gəlməmiş Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Ey mahi-şərq, mehri-vəfalər gətiribsən,
Çox lütfü kərəm, lütfü ətalər gətiribsən,
Xurşid kimi nurü ziyalər gətiribsən,
Bu şəhrə ki, təşrifı-bəqalər gətiribsən,
Sən xoş gəlibsən və səfalər gətiribsən.
Ey zati-şərifındə olan cilveyi-təhsin,
Hicran bizi etmişdi belə xəstəvü qəmgin,
Nə dərdinə həd var idi, nə cövrünə təxmin,
Biz müntəziri-rahin idik,
Xaki-qədəmində tutiyalər gətiribsən.
Ey sahibi-tə’zim, sərü can sənə peşkəş,
Dürdaneyi-çeşmi-gühərəfşan sənə peşkəş,
Bu təxtgəhi-sineyi-suzan sənə peşkəş,
Məcmueyi-mülki-dili-nalan sənə peşkəş,
Xoş mə’dələtü üqdəgüşalər gətiribsən.
Ey nüsxeyi-fərruxrəqəmi-münşiyi-qüdrət,
Əbruyi-lətifin xəti-mənşuri-səadət,
Sərlövhi-rüxin məsdəri-dib açeyi -fitrət,
Məzmuni-vücudin, bəli, imdadi inayət,
Müxlislərə ehsanü səxalər gətiribsən.
Ey cani-müəlla məhəlü sərvəri-Vaqif,
Fəğfurü Fəridunü Cəmü Qeysəri-Vaqif,
Əflaki-səadətdə səid əxtəri-Vaqif,
Didarına müştaq idi çeşmi-təri-Vaqif,
Əlminnətə lilləh ki, cilalər gətiribsən.