Məzmuna keç

Vaqifin qəzəli

Vikimənbə saytından
Gəlməmiş
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş,

Ey gözüm, qan ağla kim, çeşmi-xumarım gəlməmiş.


Getmiş idi ixtiyarım biləsincə yarımın,

Çünki yarım gəlməmiş, həm ixtiyarım gəlməmiş.


Mən bu dərd ilə əgər ölsəm, məzarə qoymayın,

Üstümə ol tuti dilli şux nigarım gəlməmiş.


Deməsin Vaqif, əcəl gər gəlsə, məndən can alır,

Kimdir ona can verən fərmani-yarım gəlməmiş! ?