Məzmuna keç

Vaqifin saqqal rədifli müxəmməsi

Vikimənbə saytından
Gəlməmiş
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Ey məni eyləyən aləmdə pərişan, saqqal,

Səni yox eyləsin ol qadiri-sübhan, saqqal,

Görəyim kim, olasan xak ilə yeksan, saqqal,

Ki, məni eylədin axir evi viran, saqqal,

Dəydi səndən mənə yüz illətü nöqsan, saqqal.


Var idi bundan əzəl məndə ki, ta vəchi-həsən,

Tər bənaguşü zənəxdani-səmin, sadə zəğən,

Həmdəm idi mənə hər lə’lləbü qönçədəhən,

Tuf sənin üzünə kim, xublar içində məni sən,

Bir kəs idim, elədin nakəsü nadan, saqqal.


Bəs ki, bədşəklsənü başdan əyağə murdar,

Dəmbədəm səndən olur buyi-kəsafət izhar,

Necə etsin sənə rəğbət sənəmi-gülrüxsar,

Abrudən məni sən saldın elə, ey idbar,

Ta ki, oldun nagəhan üzdə nümayan, saqqal.


Sən döyülsən, bəh, bir şey ki, çıxmasan üzə sən.

İstəsən hər tükünə dürrü cəvahir düzəsən.

Yardan meylini bimərrə gərəkdir üzəsən.

Dəxi gəlməzmisən bir çəngə samanca gözə sən,

Filməsəl, gər olasan sünbülü reyhan, saqqal.


Qaradır böylədi, Vaqif, gələ gör kim, ağara,

Adəmi döndərəcək ağzi ağarmış zağara,

Bu hal ilə gələ gör kim, gedə toya, mağara,

Növcəvanlar edə söhbət, çala kusü nağara,

Edə aləmdə səni didəsi giryan, saqqal.


Neylərəm böylə bunun mən gömüm iqbal içinə,

Handa üz tutdum isə düşdüm elə qal içinə,

Gündə yüz kər düşə aşüftəlik əhval içinə,

Qorxum oldur ki, sabah ağ düşə saqqal içinə,

Hər sənəm görsə deyə kim... çal içinə.


Etməyə bir sənəmin könlü səni hiç qəbul,

Sən ona istər isən eyləyəsən canını qul,

Canına rəhm eləməz yanasan odda yüz yol,

Saqqalı ağ olanın qiymətidir bır qara pul,

Gərçi girsən bəzənib gündə yaşıl, al içinə.


Kim ki, birçəklərini sünbülə timsal salır,

Xubların başına qovğa gətirib, qal salır,

Dami-təsxirə pəriruləri fılhal salır,

Abrudən kişini dəhrdə saqqal salır,

Salma saqqalını əndamə, onun sal içinə.


Sahibi-saqqal əgər yüz ola sahir sözlü,

Yəni başdan-ayağa ləhcəsi şirin, duzlu,

Ram olub, baxmaz ona hiç bir ahu gözlü,

Nola saqqala yavuq gəlsə də bir gül üzlü,

Kim qıyar ki, düşə gül yarpağı qanqal içinə?


Demə, Vaqif, ki, filan kimsənə çox zirəkdir,

Ya filan şeir deyər, yazısı həm göyçəkdir,

Ya filan kəndxudanın simü zəri lək-ləkdır,

Xubların sevdiciyi sadəvü topbirçəkdır,

... onlar xətü şeir, kəmalü mal içinə.