Varıydı
Görünüş
Varıydı Müəllif: Aşıq Nəcəf Daşkəndli |
Yatmışdım qəflətdə gördüm Heydəri,
Cəmi xublar məclisində varıydı.
Özü Şiri-Yəzdan aləm sərvəri,
Mübarək dəstində Zülfüqarıydı.
Bir insan Heydərdi-Qəşəmşəm adı,
Darda qalanların odur fəryadı.
Şahi Mərdan ilə on bir övladı,
Qəmbər qabağında qulamkarıydı.
Biçarə Nəcəfin haqdır gümanı,
Beş pənc əl-əbadır dini, imanı.
İçlərində bir Kərbəla sultanı,
Əlil Fəzil Abbas əlamdarıydı.
Mənbə
[redaktə]- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.20-21