Var (Şair Məmmədhüseyn)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Var (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Süzdür ala gözü, al bu canımı,
Neçə ki, dünyada gəlhagəlin var.
Yaxşı günün, xoş dövranın xanımı,
Qürrələnmə çox da incə belin var.
Fani dünya neçəsini ağladıb,
Neçəsini çaylar kimi çağladıb.
Tanrım səni bu camalda yaradıb,
Heyif olsun bircə yaman dilin var.
Məmmədhüseyn intizarın xəstəsi,
Sənin kimi qəlbidarın xəstəsi,
Ver dəstinə, bağda barın xəstəsi,
Mən də deyim: – Nə şəfalı əlin var.