Var (Aşıq Şenlik)
Görünüş
Var Müəllif: Aşıq Şenlik |
Bir əcayib şey deyim, görkü necə halı var,
Əlli altı, yüz üç dəfə, min altmış beş gülü var,
Saçını penhan eylədim, sən ara bil yerini,
On üç der babdı səddinə,beş min dörd yüz yolu var.
Gedə bilsən dərgahına,yüz min kövhər kən olu,
Ətrafında tərki sərdi demə ki, bir fənd olu,
Əsli şeşdi,iyirmi beşdi, üç beş yerdən bənd olu,
Sed-dü, dü sed bulağını saydım ki, yek dalı var.
Ey alimlər Səfil Şenlik sizə verdi salamı,
Son cavabım nə sualdı, siz buyurun kəlamı,
Nəyi tutardı qəlbində, sayar ərşi aləmi,
Nə yerdə süküta daldı,harda qalmağalı var.