Məzmuna keç

Var (Aşıq Heydər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Var (1919)
Müəllif: Aşıq Heydər
Cənubi Azərbaycanın Mərənd şəhəri. 1919-cu il.
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

                Şanlı vətənimin hər qarışında,
                Hər daş altda bir igidim, ərim var.
                Savaş meydanında, yetmiş yaşında,
                Rəcəb adlı bir yüzbaşı nərim var.

                Zirvədəyəm, qorxutmayır çən məni,
                Sala bilməz heç kim burdan gen məni.
                Oğul kimi bas bağrına sən məni,
                Özüm boyda bir sehirli sirrim var.

                Ucaltmışam hər bir yerdə səsimi,
                Tanıyırlar soykökümü, nəslimi.
                Qaxtağanlar dana bilməz əslimi,
                Türk oğluyam, burda mənim yerim var!

                Qul Heydərə aranlı de, dağlı de,
                Bu vətənə, bu mahala bağlı de.
                Hər vaxt mənə bu torpağın oğlu de,
                Çünki, burda “Təbriz” adlı pirim var.